<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Bizi qaranlıqdan bu işığa
 Sən gətirdin, Sən, Allahım.
 Ürəyimizin daşını
 Sən əritdin, Sən, Allahım.

[C1]
   Səninlə xoşbəxtəm mən, Allahım,
   Bilmirəm qəm, qüssə, kədər, Allahım.
   Tutub əlimizdən aparırsan,
   Əbədi həyata, həyata, Allahım.

[V2]
 Düşmənin torundan qurtulmuşuq biz,
 Əzablı dünyadan ayrılmışıq biz.
 Ürəyimizdəsən indi, Allahım,
 Gözəldir Səninlə həyat, Allahım.</lyrics>
<title>Bizi qaranlıqdan bu işığa İL222</title>
<hymn_number>222</hymn_number>
</song>